Asan Aç

Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi

Müəssisə barədə ümumi məlumat

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyində olan Həssas əhali qruplarından olan  şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi (bundan sonra – Müəssisə)  ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların, müəyyən yaşayış yeri olmayan 18 yaşından yuxarı şəxslərin, məişət zorakılığından zərər çəkmiş şəxslərin, habelə görmə qabiliyyəti məhdudluğu olan şəxslərin (bundan sonra – şəxslər) sosial reabilitasiyasının həyata keçirilməsi, onlara sosial-hüquqi, tibbi-sosial, sosial-məişət xidmətlərinin, sosial-məsləhət yardımının göstərilməsi, həmçinin müəssisəyə stasionar formada qəbul edilmiş bu kateqoriyalardan olan şəxslərin reabilitasiya müddətində müvəqqəti yaşayış yeri ilə təmin olunması üçün nəzərdə tutulmuş yarımstasionar və stasionar sosial xidmətin göstərilməsini, qaynar xətt vasitəsi ilə həssas əhali qrupundan olan şəxslər üçün sosial-məsləhət xidmətinin təşkilini,  həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun digər sahələrdə xidmətlərin göstərilməsini təmin edən publik hüquqi şəxsdir.

 

Ünvanı

Müəssisə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat Pirşağı yolu 1-ci km. “33 A” ünvanında yerləşir.

 

Müəssisəyə kimlər qəbul edilirlər?

Aşağıdakı şəxslər müəssisələrə qəbul edilmirlər:

Yoluxucu və psixi xəstəlikləri, həmçinin vaxtaşırı epileptik tutmaları olan şəxslər vəziyyətinə və disforiya hallarına meylli epilepsiya xəstəliyi olan şəxslər.

Müəssisədə xidmət müddəti

Müəssisədə şəxslərin reabilitasiya müddəti 180 (yüz səksən) gündən çox olmamaqla müəyyən edilir (reabilitasiya prosesinin nəticəsindən asılı olaraq, Sosial Xidmətlər Agentliyinin razılığı ilə müddətin uzadılması halları istisna olmaqla)

 

Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayan şəxslər üzrə proses


Müəssisəyə qəbul üçün müraciətin edilməsi

Müəssisəyə qəbul edilmələri məqsədilə uşaqlar şəxsən özləri və ya şəhər, rayon polis orqanının və yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli komissiyanın səlahiyyətli nümayəndəsi, bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə uşağın razılığı ilə digər şəxslər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə və ya “DOST” mərkəzlərinə müraciət edirlər

 

Tələb olunan sənədlərin siyahısı
1

Yetkinlik yaşına çatmayanın yazılı və ya şifahi müraciəti

2

Yetkinlik yaşına çatmayanın arzusunun nəzərə alınması onun mənafeyinə zidd olduğu hallar istisna olmaqla, 10 yaşına çatmış yetkinlik yaşına çatmayanın arzusu nəzərə alınmaqla, onun valideynləri, qohumları, digər qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə həmin şəxsin razılığı ilə digər şəxslərin müraciətləri

3

Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli komissiyanın müraciəti

4

Sosial reabilitasiyaya ehtiyacı olan yetkinlik yaşına çatmayanların onlar üçün nəzərdə tutulmuş ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisəsinə yerləşdirilməsi haqqında şəhər, rayon polis orqanının qərarı

(Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 5 noyabr tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi Qaydası”nın 2.3-cü bəndinə uyğun olaraq)

  

Müəssisədə göstərilən xidmətlər

Şəxslərin sosial reabilitasiyasının həyata keçirilməsi məqsədi ilə hər bir şəxs üçün müəssisə tərəfindən razılaşdırılmış sosial xidmət göstərilməsinə dair fərdi plan tərtib edilir. 

Müəssisə tərəfindən qəbul edilmiş şəxslərin sosial reabilitasiyası məqsədilə aşağıdakı tədbirlər həyata keçirilir:

 

Müəyyən yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üzrə proses

 

Müəssisəyə qəbul üçün müraciətin edilməsi

Şəxslərin müəssisəyə qəbulu onların şəxsən və ya Azərbaycan Respublikasının daxili işlər orqanlarının və ya yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin belə şəxsləri müəyyənləşdirərək həmin orqanların səlahiyyətli nümayəndələrinin bu orqanların göndərişləri əsasında şəxslərin müəssisəyə qəbul edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə və ya “DOST” mərkəzlərinə müraciətlərinə əsasən həyata keçirilir.

Tələb olunan tibbi sənəd

Şəxsin müəssisəyə qəbul edilməsinə maneə yaradan xəstəliklərin olub-olmamasının müəyyən edilməsi məqsədilə o, tibb məntəqəsinə yönləndirilir və tibbi müayinənin nəticəsinə əsasən, yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə, şəxsin sağlamlığı haqqında tibbi arayış təqdim edilir. Tələb olunan tibbi sənəd - arayışa əsasən, sağlamlığı aşkar şübhə doğuran şəxslər ixtisaslaşdırılmış müalicə müəssisələrinə göndərilirlər.

 

Müəssisədə göstərilən xidmətlər

 

 

Görmə qabiliyyəti məhdudluğu olan şəxslər üzrə proses

 

Müəssisəyə qəbul üçün müraciətin edilməsi

Müəssisəyə qəbul olunmaq üçün uşaqların valideynləri (və ya qohumları, digər qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə həmin şəxsin razılığı ilə digər şəxslər) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə və ya “DOST” mərkəzlərinə müraciət edirlər.

 

 

Müəssisədə göstərilən xidmətlər

 

Tələb olunan sənədlərin siyahısı
1

Uşağın şəxsiyyətini təsdiq edən sənəd

2

Uşağın görmə imkanı məhdudluğunu təsdiq edən tibbi-sosial ekspert komissiyasının sağlamlıq imkanları məhdudluğunun qiymətləndirilməsi barədə qərarından çıxarış (bu sənəd elektron informasiya ehtiyatlarından elektron sənəd şəklində əldə etmək mümkün olmadıqda tələb edilir)

3

Yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə, uşağın sağlamlığı haqqında tibbi arayış

 

Məişət zorakılığından zərər çəkmiş şəxslər üzrə proses

 

Müəssisəyə qəbul üçün müraciətin edilməsi

Müəssisəyə qəbul olunmaq üçün şəxslər, habelə həmin şəxsin razılığı ilə qohumları, qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları və ya digər şəxslər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə və ya “DOST” mərkəzlərinə müraciət edirlər.

 

 

Müəssisədə göstərilən xidmətlər

 

© 2023 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi