Sanatoriya – kurort putyovkası (yollayışı) imtiyazlı şəxslərin sanatoriyalarda və istirahət evlərində müalicəsi üçün nəzərdə tutulmuş dövlət tərəfindən təmin edilən qiymətli sənəddir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 128 nömrəli və 2021-ci il 23 dekabr tarixli 406 nömrəli Qərarlarına əsasən aşağıda qeyd olunan şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin edilən imtiyazlı şəxslər hesab edilirlər:
Əlilliyi olan şəxslər Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi - Sosial Ekspert Komissiyası tərəfindən tərtib edilmiş Fərdi Reabilitasiya Proqramında nəzərdə tutulduğu halda, digər imtiyazlı şəxslər isə qeydiyyatda olduğu ərazi üzrə tibb müəssisəsinin sanatoriya-kurort kartasına əsasən Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi tərəfindən ölkə hüdudları daxilində müalicə üçün sanatoriya-kurort putyovkası (yollayışı) ilə pulsuz təmin olunurlar.
| Tələb olunan sənədlərin siyahısı | |
| 1 |
Şəxsiyyəti təsdiq edən sənəd; |
| 2 |
Əlilliyi olan şəxslərə münasibətdə sanatoriya-kurort putyovkasının (yollayışının) verilməsi barədə Fərdi Reabilitasiya Proqramında göstəriş, digər imtiyazlı şəxslərə münasibətdə sanatoriya-kurort kartası; |
| 3 |
Müvafiq imtiyazı təsdiq edən sənəd. |
Qeyd: Xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədləri elektron qaydada əldə etmək mümkün olmadıqda kağız daşıyıcıda təqdim edilir.
Sanatoriya-kurort putyovkası (yollayışı) ildə bir dəfədən çox olmamaqla növbəlilik əsasında verilir. Vətəndaş qeyd edilən sənədləri Sosial Xidmətlər Agentliyinin yerli qurumlarına və ya “DOST” mərkəzinə təqdim etdiyi gündən etibarən növbəyə götürülür və növbəsi çatdıqda onunla əlaqə saxlanılaraq bu barədə məlumat verilir.
| Bunları bilmək lazımdır |
|
Orqanizmin funksiyasının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin, həmçinin əlilliyi olan uşağın müşayiətçiyə ehtiyacı olduqda, Fərdi Reabilitasiya Proqramının tibbi reabilitasiya bölməsində bu barədə qeyd aparılır. Orqanizmin funksiyasının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsi və ya əlilliyi olan uşağı müşayiət edən şəxslər sanatoriya-kurort putyovkası (yollayışı) ilə həmin şəxslərin sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunduqları qurum tərəfindən təmin olunurlar. Sanatoriya-kurort putyovkası (yollayışı) almaq üçün növbəyə götürülmüş 18 yaşınadək uşaqlar müşayiətçisi ilə birlikdə sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunurlar. |
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi