1 saylı Bakı DOST Mərkəzinə aid məlumatlar
9 may 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə 1 saylı Bakı DOST mərkəzinin açılışı olub.
1 saylı Bakı DOST mərkəzi gün ərzində 400-dən çox vətəndaş qəbul edir. Bakının Yasamal, Səbail və Qaradağ rayonlarının əhalisinə xidmət edən A kateqoriyalı mərkəzdə il ərzində 100 mindən artıq vətəndaşa məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində 132 xidmət göstərilir. Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 86 ünvanında yerləşən ilk DOST mərkəzi vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə bütün xidmətlərdən “bir pəncərə” prinsipi ilə faydalanmasına imkan verir.
Mərkəzdə vətəndaşlara məsləhət və məlumat xidmətləri də göstərilir, telefon və ya internet vasitəsilə müraciətlərlə əlaqədar da xidmətlər həyata keçirilir. Mərkəzdə elektron lövhələr və işarələr hərəkəti və məlumat əldə olunmasını asanlaşdırır. Nazirliyin aidiyyəti qurumlarının fəaliyyəti mərkəzdə əlaqəli şəkildə təmin edilib. Əlilliyi olan şəxslərin hərəkət imkanları üçün müyəssərlik təmin edilib. Xidmətlər vahid standartlar əsasında və bir-birinə inteqrasiya olunmuş şəkildə elektron müstəvidə təqdim olunur. Mərkəzdə 142 Çağrı Mərkəzi də fəaliyyət göstərir.
DOST Agentliyinin 2019-2025-ci illərdə Bakıda və ölkəmizin regionlarında 31 DOST mərkəzi istifadəyə veriləcək. Bu mərkəzlər ümumən "bir pəncərə" prinsipi üzrə 2,8 milyon şəxsə xidmət edəcək. Bütün DOST mərkəzləri fəaliyyətə başladıqdan sonra isə mərkəzlərdə vətəndaşların qeydiyyat yerindən asılı olmayaraq müraciət edən hər kəsə xidmətlər göstəriləcək.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, İ. Qutqaşınlı küçəsi, 86
İş qrafiki: Bazar ertəsi - cümə: 09:00-18:00
Telefon: Çağrı Mərkəzi 142; (012) 525 50 26
E-poçt ünvanları
Pensiya: dost1_pensiya@sosial.gov.az
Müavinətlər: dost1_muavinat@sosial.gov.az
Təqaüdlər: dost1_taqaud@sosial.gov.az
Məşğulluq: dost1_mashgullug@sosial.gov.az
Ümumi məsələlər: dost1@sosial.gov.az