Nazir Sahil Babayev Qaxda vətəndaşları qəbul edib

18 oktyabr 2024, 16:15
A+ A-
Nazir Sahil Babayev Qaxda vətəndaşları qəbul edib

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qax rayonunda Qax və Zaqatala rayonlarının sakinlərini qəbul edib.

Qəbuldan əvvəl S.Babayev və Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Qəbul zamanı vətəndaşların məşğulluq, əlillik, pensiya, ünvanlı sosial yardım, mənzillə təminat  və s. məsələlərə dair müraciətləri dinlənilib.

Müraciət edən vətəndaşların bir qismi şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları olub. Hər bir müraciətin fərdi qaydada araşdırılması və nəticəsinə uyğun tədbirlər görülməsi təmin edilib.

Müraciətləri əsasında vətəndaşlar aktiv məşğulluq  proqramlarına cəlb edilmələri üçün qeydiyyata alınıblar. Sorğu xarakterli müraciətlərlə əlaqədar qanunvericiliyə uyğun izahatlar verilib.

 

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi