DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib

28 oktyabr 2024, 13:09
A+ A-
DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib. Onlayn formatda baş tutan görüşdə gündəlikdə olan məsələlər müzakirə olunub.

İclasda bir sıra daxili prosedurlar təsdiq edilməsi üçün İdarə Heyətinə təqdim edilib, eləcə də DOST Agentliyinin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesabat verilib.

Sonda İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan mövzular barədə fikirlərini bildirib, müvafiq tapşırıqlar verib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi