Asan Aç

DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib

7 noyabr 2024, 18:07
A+ A-
DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib. Onlayn formatda baş tutan görüşdə Agentliyin gündəliyində olan məsələlər müzakirə olunub.

İclasda Hüquqi şəxslərin, filialların yaradılması və qeydiyyata alınması istiqamətində sənədləşmə işinin aparılmasına dair”, DOST Agentliyində daxili sənəd dövriyyəsinin təşkili və müraciətlərin idarə olunmasına dair”, “DOST” mərkəzlərində övladlığagötürmə və himayədar ailə istiqamətləri üzrə müraciətlərin qəbuluna dair prosedurlar və Maliyyə və mühasibatlıq departamentinin Əsasnaməsi yeni redaksiyada təsdiq edilməsi üçün İdarə Heyətinə təqdim edilib.

Görüşdə, həmçinin “DOST” mərkəzlərinin 2024-cü ilin oktyabr ayı üzrə fəaliyyətlərinin yekunlarına dair hesabat təqdim olunub.

Sonda İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan mövzular barədə fikirlərini bildirib, müvafiq tapşırıqlar verib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi