Tənha ahıllar üçün “Qəlbi cavanlar” düşərgəsi təşkil olunub

16 noyabr 2024, 17:44
A+ A-
Tənha ahıllar üçün “Qəlbi cavanlar” düşərgəsi təşkil olunub

DOST Agentliyinin "Könüllü DOST" proqramının "Korporativ DOST" altproqramı çərçivəsində yaşı 65-dən yuxarı olan şəxslər üçün “Qəlbi cavanlar” təlim və yaradıcılıq düşərgəsi təşkil olunub.

DOST Agentliyi və TuranBank-ın dəstəyilə Zirə Ekoparkında baş tutan layihədə ahıl şəxslərin asudə vaxtlarının səmərəli təşkili və icmalaşma məqsədilə müxtəlif tədbirlər həyata keçirilib. 30 nəfər ahıl şəxsin iştirak etdiyi düşərgədə yoqa dərsləri, Xalça Muzeyi və Orxideya Evinə ekskursiya, Ekoparkda fəaliyyət göstərən kinoteatrda film nümayişi, eləcə də şahmat yarışları təşkil edilib.

Sonda “Qəlbi cavanlar” təlim və yaradıcılıq düşərgəsinin iştirakçılarına simvolik hədiyyələr təqdim olunub.

Layihənin məqsədi yaşı 65-dən çox olan insanların müasir mühitə uyğunlaşması üçün zəruri bilik və bacarıqlarının artırılması, onların təcrübəsinin gənc nəslə ötürülməsi və asudə vaxtlarının keyfiyyətli təşkili ilə “bərabərlərin icmalaşması”nın təşviq edilməsidir.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi