DOST Agentliyi Regional Sosial Təminat Forumunda təmsil olunur

DOST Agentliyi Regional Sosial Təminat Forumunda təmsil olunur

DOST Agentliyi Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən Regional Sosial Təminat Forumunda təmsil olunur.

Ümumi Sosial Sığorta Təşkilatının (GOSI) təşkilatçılığı ilə Asiya və Sakit Okean regionu ölkələrinin qatıldığı forumda DOST Agentliyinin DOST Xidmətləri departamentinin müdiri Aygün Musayeva iştirak edir. Müxtəlif ölkələrdən 300-dən çox nümayəndənin iştirak etdiyi tədbirin məqsədi sosial təminat sahəsində fəaliyyət göstərən mütəxəssislərlə bir araya gəlmək, təcrübə mübadiləsi aparmaq, əməkdaşlığı genişləndirməkdir.

Forum çərçivəsində sosial təminat sahəsində fəaliyyəti ilə seçilən qurumların qiymətləndirilməsi, sistemlərinin təkmilləşdirilməsi istiqamətində uğurla tətbiq edilmiş yeniliklər və innovativ həll yolları təşviq olunur.

Tədbirdə Dövlət Sosial Müdafiə Fondu və Sosial Xidmətlər Agentliyinin rəhbər şəxsləri də iştirak edirlər.

Qeyd edək ki, DOST Agentliyi 2023-cü ilin yanvar ayında Beynəlxalq Sosial Təminat Assosiasiyasına üzv seçilib. Fəaliyyətə başladığı dövrdən Agentlik BSTA-nın bir çox mükafat və sertifikatları ilə təltif olunub.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi