Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib. Onlayn formada baş tutan görüşdə Agentliyin gündəliyində olan məsələlər müzakirə olunub.
İclasda bir neçə prosedur sənədi təsdiq edilməsi üçün İdarə Heyətinə təqdim olunub. Görüşdə, həmçinin “DOST” mərkəzlərinin 2024-cü ilin noyabr ayı üzrə fəaliyyətlərinin yekunlarına dair hesabat təqdim olunub.
Sonda İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan mövzular barədə fikirlərini bildirib, müvafiq tapşırıqlar verib.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi