Qubada özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

13 dekabr 2024, 19:05
A+ A-
Qubada özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

Ötən dövrdə Quba rayonunda 2,3 minədək şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov özünüməşğulluq proqramı çərçivəsində Quba rayon sakinləri - müharibə veteranı Muradov Mətləb Əskərəli oğlu və Gülməmmədova Sevda İlqar qızı üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.

Biznes planlarına uyğun olaraq M.Muradov avtoelektrik xidmətləri, S.Gülməmmədova isə un məmulatları istehsalı üzrə aktivlərlə təmin olunaraq kiçik təsərrüfatlarını qurublar.

Hər iki proqram iştirakçısı verilmiş aktivlərdən düzgün faydalanaraq kiçik bizneslərini genişləndirməyə çalışdıqlarını qeyd ediblər. Onlar işsiz və işaxtaran şəxslərin məşğulluğunun təminatı, həmçinin təsərrüfatlarını qurmaları üçün göstərilən dəstəyə görə dövlətimizin başçısına təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, ötən dövrdə Quba rayonunda 2,3 minədək şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi