DOST Agentliyi ilə Moldovanın Əmək və Sosial Müdafiə Nazirliyinin nümayəndələri arasında onlayn formatda görüş keçirilib.
Görüş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Moldova Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu çərçivəsində baş tutub. Onlayn iclasda “Əlilliyi olan və ahıl şəxslər üçün mobil xidmətlərin göstərilməsi” mövzusunda təcrübə mübadiləsi aparılıb.
Tədbirdə mobil xidmət təklif edən dövlət və özəl qurumların akkreditasiya, xidmətə qəbul qaydaları, həmçinin tövsiyə olunan müxtəlif yanaşmalarla bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, DOST Agentliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq sosial təminat sahəsində bir sıra beynəlxalq təşkilatlar və xarici ölkələrin aidiyyəti dövlət qurumları ilə əməkdaşlığı genişləndirir. Bununla yanaşı qarşılıqlı faydalı əlaqələrin qurulması istiqamətində zəruri tədbirləri davam etdirir.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi