Nazir Sahil Babayev Hacıqabulda vətəndaşları qəbul edib

31 yanvar 2025, 14:54
A+ A-
Nazir Sahil Babayev Hacıqabulda vətəndaşları qəbul edib

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Hacıqabul rayonunda Hacıqabul rayonunun və Şirvan şəhərinin sakinlərini qəbul edib.

Qəbuldan əvvəl S.Babayev və Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, mənzil təminatı, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.

Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb. Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.

© 2025 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi