Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib

2 iyun 2025, 09:26
A+ A-
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib

DOST Agentliyinin “Könüllü DOST” proqramı çərçivəsində həssas kateqoriyadan olan uşaqlar üçün aksiya keçirilib.

DOST Agentliyi və TuranBank ASC-nin birgə təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə baş tutan tədbirin məqsədi autizm, daun sindromlu uşaqlar, həmçinin şəhid ailələrinin övladlarının sosial inteqrasiyasını təşviq etmək, onların yaradıcılıq və bacarıqlarını inkişaf etdirməkdir.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində 3 istiqamətdə keçirilən aksiyada uşaqlar “Dünyanı öz rənginə boya” adı altında xəyal dünyalarını əks etdirən müxtəlif rəsmlər çəkib. Tədbirin davamında Mərkəzin həyətində ekoterapiya fəaliyyəti həyata keçirilərək güllər əkilib, həmçinin “Ritm hər kəs üçündür” adı altında rəqs master-klassı keçirilib.

Sonda tədbirdə iştirak edən uşaqlara simvolik hədiyyələr təqdim olunub.

© 2025 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi