DOST mərkəzlərinə 100 000-ci vətəndaş müraciəti qeydə alınıb

12 may 2020, 11:37
A+ A-
DOST mərkəzlərinə 100 000-ci vətəndaş müraciəti qeydə alınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin DOST mərkəzlərinə 100 000-ci vətəndaş müraciəti qeydə alınıb.

Müraciəti paytaxtın Xəzər rayon sakini Elmira Balayeva 2 saylı Bakı DOST Mərkəzinə edib. Pandemiya ilə əlaqədar ölkəmizdə xüsusi karantin rejimi tətbiq edildiyi üçün E.Balayeva öz müraciətini elektron formada göndərib.

Vətəndaşın müraciəti ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı olub.

2 saylı Bakı DOST Mərkəzinin direktoru Seymur Alıyev və Agentliyin digər əməkdaşları 100 000-ci müraciəti edən vətəndaşın evində ona DOST Agentliyinin xüsusi hədiyyələrini və təşəkkürnamə təqdim ediblər.

E.Balayeva xüsusi karantin rejimi olmasına baxmayaraq ona göstərilən operativ və şəffaf xidmətə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, bu gün DOST Agentliyinin və onun 1 saylı DOST mərkəzinin (Səbail, Yasamal) açılışının bu gün 1 ili tamam olur. DOST mərkəzlərində vətəndaşların xidmətlərdən məmnunluq səviyyəsi 96%-dir.

 

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi