
23 sentyabr – Beynəlxalq İşarə Dilləri Günü münasibətilə 4 saylı Bakı DOST Mərkəzində bir qrup eşitmə və nitq məhdudiyyətli şəxs üçün infotur keçirilib.
Mərkəzin direktoru Ramil Babayi qonaqlara mərkəzin fəaliyyəti və göstərilən xidmətlər barədə məlumat verib. Daha sonra iştirakçılar DOST TV redaksiyasını ziyarət edərək iş prosesini izləyiblər. DOST Agentliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Departamentinin müdiri Şahin Əliyev onlara ölkəmizdə ilk sosial televiziya olan DOST TV barədə ətraflı məlumat təqdim edib.
Qeyd edək ki, DOST Agentliyində sosial baxımdan həssas əhali qrupları üçün bu kimi infotur və maarifləndirici tədbirlər mütəmadi olaraq təşkil edilir.
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi