
Abşeron DOST Mərkəzinin yeni təyin olunmuş direktoru Solmaz Həsənova və mərkəzin direktor müavini Ruslan Əliyev kollektivə təqdim edilib. Bununla bağlı İdarə Heyətinin sədri Fərid Məmmədov, eləcə də mərkəzin əməkdaşlarının iştirakı ilə görüş keçirilib.
Fərid Məmmədov Abşeron DOST Mərkəzinə yeni təyin olunmuş əməkdaşlara uğurlar arzulayıb, onların təcrübəsinin, bilik və bacarıqlarının ümumi işə böyük dəyər qatacağını bildirib. İdarə Heyətinin sədri mərkəzin fəaliyyətində vətəndaş məmnunluğunun təmin olunması, şəffaf, operativ və innovativ xidmətlərin göstərilməsi istiqamətində qarşıda duran prioritet vəzifələr barədə danışıb.
Solmaz Həsənova göstərilən etimada görə təşəkkürünü bildirib və qarşıya qoyulan hədəflərin həyata keçirilməsi üçün komanda ilə birgə səylə çalışacaqlarını qeyd edib.
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi