İraq nümayəndə heyəti DOST Mərkəzində olub

4 dekabr 2025, 18:26
A+ A-
İraq nümayəndə heyəti DOST Mərkəzində olub

Ölkəmizdə səfərdə olan İraq Respublikasının kommunikasiya naziri Hayam Al-Yasirinin rəhbərlik etdiyi nümayəndə heyəti 5 saylı Bakı DOST Mərkəzini ziyarət edib.

Qonaqlar Mərkəzdə əhaliyə göstərilən xidmətlərlə tanış olublar. DOST mərkəzlərində dövlət sosial xidmətlərinin şəffaf, operativ təqdim edildiyi, bu xidmətlərdən vətəndaş məmnunluğunun 98,5 faiz təşkil etdiyi qeyd olunub.

Daha sonra keçirilən görüşdə son illər ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar, DOST konsepsiyası barədə məlumat verib. Qeyd olunub ki, DOST mərkəzlərində sosial sahələr üzrə 160 növ xidmət “bir pəncərə”dən təqdim olunur.

Nümayəndə heyəti üçün DOST konsepsiyası barədə təqdimat edilib. Bu konsepsiyanın dünyanın qabaqcıl təcrübələri sırasına daxil edildiyi, beynəlxalq müstəvidə uğurlar qazandığı qonaqların diqqətinə çatdırılıb.

Görüş zamanı ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi