“Könüllü DOST”lar xanımları təbrik etdi

10 mart 2026, 16:06
A+ A-
“Könüllü DOST”lar xanımları təbrik etdi

DOST Agentliyinin “Könüllü DOST” proqramı çərçivəsində ahıllar və ictimai işlərə cəlb edilən xanımlar üçün aksiya keçirilib.

DOST Agentliyinin təşkilatçılığı və "Azər Türk Bank"ın dəstəyi ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Bakı və Bərdə şəhərlərində baş tutan aksiyanın məqsədi bu kateqoriyadan olan xanımlara diqqət və qayğı göstərmək, bayram sevincini onlarla bölüşmək olub.

Xanımlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edərək, belə təşəbbüslərin onlar üçün xüsusi əhəmiyyət daşıdığını qeyd ediblər. Onlar yaradılan bayram ovqatının və göstərilən səmimi münasibətin sevinc hissi yaşatdığını vurğulayıblar.

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi