Asan Aç

Xüsusi karantin rejimi dövründə vətəndaşların DOST xidmətlərindən məmnunluq səviyyəsi 96.1% olub

2 iyun 2020, 09:03
A+ A-
Xüsusi karantin rejimi dövründə vətəndaşların DOST xidmətlərindən məmnunluq səviyyəsi 96.1% olub

Azərbaycanda COVID-19 pandemiyası ilə mübarizə sahəsində ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi müddətində DOST mərkəzlərində indiyədək 10 593 elektron sorğu üzrə vətəndaşlara xidmətlər göstərilib. Martın 24-dən mayın 31-ə qədər 1 saylı Bakı DOST Mərkəzinə 8173, 2 saylı Bakı DOST Mərkəzində isə 2420 sorğu üzrə elektron ünvanlar vasitəsilə müavinət, pensiya, təqaüd və məşğulluğa dair vətəndaş müraciəti cavablandırılıb. Sorğuların 3140-ı məşğulluq, 3870-i müavinət, 3038-i pensiya və 545-i isə təqaüd məsələləri ilə bağlı olub.

Xüsusi karantin rejimi ərzində 1 saylı Bakı DOST Mərkəzinin sosial xidmətçiləri və DOST könüllüləri tərəfindən 2297 ünvan üzrə evdə sosial xidmət göstərilib. Bunun 396-ı isə yaşı 65-dən yuxarı olan tənha vətəndaşlara evdə göstərilən sosial xidmətlər təşkil etmişdir.

Martın 24-dən bu günə qədər Çağrı Mərkəzi 142-yə daxil olmuş 279 193 zəngdən 272 697-i (97,7%) cavablandırılıb. Çağrı Mərkəzinə müraciətlər məşğulluq (81,47%), əmək qanunvericiliyi (0,74%), əlillik dərəcəsinin təyin olunması (0,52%), əmək pensiyaları (1,58%), sosial müavinətlər (3,26%), ünvanlı dövlət sosial yardımı (2,9%), sosial məişət xidmətlərinin göstərilməsi (4,23%) və digər məsələlərlə bağlı (5.3%) olub. Eyni zamanda onlayn çat üzərindən mərkəzin operatorları tərəfindən vətəndaşların 5 980 müraciət və sorğuları cavablandırılıb.

Vətəndaşların DOST xidmətlərindən məmnunluq səviyyəsi 96.1% olub.

Qeyd edək ki, fəaliyyət göstərdiyi bir il müddətində DOST mərkəzlərində 105 096 müraciət üzrə vətəndaşlara xidmət göstərilib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi