Asan Aç

Üç gün ərzində 3 saylı Bakı DOST Mərkəzində 1790 vətəndaşa xidmət göstərilib

4 iyun 2020, 10:11
A+ A-
Üç gün ərzində 3 saylı Bakı DOST Mərkəzində 1790 vətəndaşa xidmət göstərilib

İyun ayının 1-dən etibarən bütün xidmətlər üzrə fəaliyyətə başlayan 3 saylı Bakı DOST Mərkəzində 1790 vətəndaş müraciəti qeydə alınıb. Vətəndaşlara “bir pəncərə” prinsipi ilə 132 növdə xidmət göstərilib. Müraciətlərin 76,09%-i, yəni əksəriyyəti sosial müdafiə ilə bağlı olub. Məşğulluq ilə bağlı müraciətlər 17,26%, əlilliklə bağlı müraciətlər isə 4,86% təşkil edib. Q-Net elektron sorğu sistemi və DOST könüllülərinin fərdi sorğularına əsasən, xidmətlərdən yararlanan vətəndaşların məmnunluq səviyyəsi 95,84 faiz olaraq qeydə alınıb.

Xatırladaq ki, mayın 19-da Prezident İlham Əliyevin iştirakı ilə 3 saylı Bakı DOST Mərkəzinin açılışı baş tutub. Nizami, Suraxanı və Sabunçu rayonlarının sakinlərinə xidmət göstərən Mərkəzdə vətəndaşlara “bir pəncərə” prinsipi ilə 132 növdə xidmət göstərilir.

Mərkəzdə il ərzində 150 mindən artıq vətəndaş müraciəti gözlənilir.

 

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi