Asan Aç

DOST Agentliyində Skype vasitəsi ilə onlayn iclas keçirilib

9 iyun 2020, 15:09
A+ A-
DOST Agentliyində Skype vasitəsi ilə onlayn iclas keçirilib

İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 22 May 2020-ci il tarixində keçirilən kollegiya iclasında verilmiş tapşırıqların icrası müzakirə olunub. Onlayn iclasda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyevlə, DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov, Agentliyin departament və şöbə rəhbərləri iştirak ediblər.

İclasda 4 saylı DOST mərkəzinin layihə, təmir-tikinti işlərinin sürətləndirilməsi, ilin sonunadək Abşeron və Binəqədi DOST mərkəzlərinin təhvil verilməsi, Bərdə, Quba, Sumqayıt DOST mərkəzlərinin layihə, təmir-tikinti işlərinin vaxtında icrasının təmin edilməsi, Çağrı Mərkəzində vətəndaş müraciətlərinin cavablandırılması üçün hazırlanmış sualların mütəmadi yenilənməsi, kadr potensialının artırılması üzrə işlərin həyata keçirilməsi və bu kimi digər məsələlər müzakirə olunub. Verilmiş tapşırıqların icra vəziyyəti nəzərdən keçirilib. İclasda, həmçinin Qaradağ rayonunun da 1 saylı DOST Mərkəzinin fəaliyyət dairəsinə daxil edilməsi ilə bağlı müzakirə aparılıb.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi