Bu il Bakıda daha iki “DOST” mərkəzi fəaliyyətə başlayacaq. Bu barədə Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin sədri Fərid Məmmədov agentlikdə keçirilən korporativ idarəetmə sisteminin və xidmətlərin təkmilləşdirilməsinə həsr olunmuş onlayn iclasda deyib.
Onun sözlərinə görə, bu ilin sonuna qədər açılışı nəzərdə tutulan mərkəzlər Binəqədi, Nərimanov və Abşeron rayonlarının sakilərinə xidmət göstərəcək.
Fərid Məmmədov “DOST” mərkəzlərində göstərilən xidmətlərin sayının artırılacağını da diqqətə çatdırıb. Onun sözlərinə görə, bu yaxınlarda DOST mərkəzlərində mediasiya sahəsində xidmətlərin də göstəriləcəyi gözlənilir.
İclasda vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi, beynəlxalq standartlar səviyyəsinə çatdırılması məqsədi ilə İSO sertifikatının alınması, yeni “DOST” mərkəzlərinin qurulması, korporativ idarəetmə sisteminin inkişaf etdirilməsi, işə qəbul prosedurlarının təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb.
Xidmətlərin göstərilməsi sahəsində İnformaiya və Kommunikasiya Texnologiyalarının, o cümlədən innovativ həllərinin tətbiqi barədə də fikir mübadiləsi aparılıb və təkliflər səsləndirilib.
Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov DOST mərkəzlərində vətəndaşlara yüksək keyfiyyətli xidmətlərin təşkil edilməsi ilə bağlı tapşırıq və göstərişlərini verib.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi