Türkiyənin Əmanət Sığortası Fondu sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti DOST Agentliyində olub

30 mart 2021, 18:32
A+ A-
Türkiyənin Əmanət Sığortası Fondu sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti DOST Agentliyində olub
Vətəndaşlara “bir pəncərə”dən, şəffaf və operativ, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilən xidmətlər nəzərdən keçirilib. Mərkəzdə pensiya, müavinət və təqaüdlər, sosial xidmətlər, əlillik, tibbi-sosial ekspertiza və protez-ortopedik təminat, sosial sığorta, əmək münasibətləri, məşğulluq və s. sahələr üzrə 132 növdə xidmət göstərilir.
 
Nümayəndə heyətinə DOST konsepsiyası, ötən dövrdə yaradılan DOST mərkəzlərinin fəaliyyəti, yeni açılan 4 saylı DOST mərkəzi barədə məlumat verilib. Ötən dövrdə DOST mərkəzlərində 330 mindən çox şəxsə xidmət göstərildiyi, bu xidmətlərdən vətəndaş məmnunluğunun 97,2% təşkil etdiyi bildirilib.
 
Artıq paytaxtda 4 DOST mərkəzinin fəaliyyət göstərdiyi, Bakının 10 rayonu üzrə 1 915 200 nəfərin DOST xidmətləri ilə əhatə olunduğu qeyd edilib. Ümumilikdə ölkə üzrə 2025-ci ilə kimi 16 regional DOST mərkəzinin və 46 rayon üzrə qəbul filiallarının istifadəyə verilməsinin nəzərdə tutulduğu diqqətə çatdırılıb.
 
Qonaqlar DOST konsepsiyasının uğurlu bir yenilik olduğunu qeyd ediblər.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi