21 may tarixində Özbəkistan Respublikasının Korrupsiyaya qarşı Mübarizə Agentliyinin nümayəndə heyəti 3 saylı Bakı “DOST” mərkəzində olublar.
Səfər iştirakçıları DOST mərkəzindəki xidmət bölmələri ilə tanış olub, vətəndaşlara xidmət göstərilməsi prosesini izləyiblər. DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev agentliyin və mərkəzlərin iş prinsipləri, eləcə də əmək və məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik və reabilitasiya, pensiya, sosial sığorta, sosial rifah, təlim sahələrində vətəndaşlara göstərilən yüksək səviyyəli, bir pəncərə sisteminə əsaslanan xidmətlər barədə qonaqlara ətraflı məlumat verib.
Səfərin məqsədi həyata keçirilən müsbət təcrübə mübadiləsinin səmərəliliyinin artırılmasıdır.