DOST Agentliyinin əməkdaşları xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə təlimlərə cəlb edilib.
Beynəlxalq şirkət "PricewaterhouseCoopers"in (“PwC”) Azərbaycan nümayəndəliyi “PwC Azərbaycan” ilə əməkdaşlıq çərçivəsində Agentliyin xidmət sektorunda çalışan rəhbərlərinə təlimlər keçirilib. Təlimin mövzusu “Problemin həlli və qərar qəbul etmə” olub.
Təlim zamanı əməkdaşlar problemin klassifikasiyası, idarə edilməsi, həll edilməsi mexanizmləri haqqında geniş məlumat əldə edib.