DOST Agentliyinin “Könüllü DOST” komandası 28 May – Respublika Gününə həsr olunmuş onlayn formatda "Nə? Harada? Nə zaman?" intellektual turnirinin qalibi olub.
Azərbaycan Respublikasının Gənclər Fondu, “ASAN Könüllülük” Məktəbi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə 28 May – Respublika Gününə həsr olunan onlayn intellektual turnir keçirilib.
Müxtəlif könüllü təşkilatlarını təmsil edən 10 komandanın iştirak etdiyi yarışda 28 xalla "Könüllü DOST"lar bütün rəqiblərini geridə qoyaraq birinci yeri tutub.