May ayı ərzində "DOST" Mərkəzlərinin fəaliyyəti ilə bağlı hesabat xarakterli iclas keçirilib. İclasda ötən ay görülmüş işlər, mərkəzlərdə xidmət səviyyəsinin yüksəldilməsi ilə bağlı yeniliklər, vətəndaş məmnunluğuna hesablanan fəaliyyətlər müzakirə edilib.
İclas zamanı növbəti aylarda qarşıya qoyulan vəzifələr və onların icrası da müzakirə mövzusu olub.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov xidmətin keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnunluğunun artırılması istiqamətində tapşırıqlar verib.