DOST Agentliyi və DOST mərkəzlərinin rəhbər şəxsləri Vətən müharibəsinin ildönümü günlərində şəhid ailələri və qaziləri evlərində ziyarət etməyə davam edir.
Görüş zamanı şəhid ailələri və qazilərə dövlətin sosial dəstək tədbirləri barədə məlumat verilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını qurban verən qəhrəmanlarımızın hər zaman xalqımızın xatirəsində yaşayacağı qeyd edilib. Diqqətə çatdırılıb ki, DOST-un nəzdində fəaliyyət göstərən Vahid Əlaqələndirmə Mərkəzi (VƏM) bu istiqamətdə istənilən xidməti göstərmək üçün hazırdır.
Xatırladaq ki, Vahid Əlaqələndirmə Mərkəzi 23 avqustdan etibarən Bakıdakı DOST mərkəzlərində fəaliyyət göstərir. VƏM-də 7 dövlət qurumunun xidmətləri bir pəncərə prinsipi ilə şəhid ailəsi və qazilərə təqdim edilir.