Özbəkistan Respublikası Prezident Administrasiyası yanında İqtisadi Təhlil və İslahatlar Mərkəzinin rəhbəri Obid Hakimovun başçılıq etdiyi nümayəndə heyəti 4 saylı Bakı DOST Mərkəzində olub.
DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev qonaqları 4 saylı Bakı DOST Mərkəzi ilə tanış edib, onlara DOST konsepsiyası haqqında məlumat verib. Mərkəzdə xidmət prossesi və iş metodları ilə tanış olan qonaqlar bildiriblər ki, Özbəkistan hökuməti Azərbaycanda aparılan davamlı sosial islahatları maraqla izləyir və bu sahədə qarşılıqlı əməkdaşlığın davamlı olmasını arzulayır.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi