Asan Aç

DOST mərkəzlərinin fəaliyyəti ilə bağlı hesabat iclası keçirilib

5 noyabr 2021, 12:27
A+ A-
DOST mərkəzlərinin fəaliyyəti ilə bağlı hesabat iclası keçirilib
DOST Agentliyində oktyabr ayı ərzində DOST mərkəzlərinin fəaliyyəti ilə bağlı hesabat iclası keçirilib.

Onlayn formatda keçirilən görüşdə Mərkəzlərin məsul şəxslərinin ötən ayda görülən işlərlə bağlı hesabatları dinlənilib. İclasda, həmçinin xidmət səviyyəsinin yüksəldilməsi, vətəndaş məmnunluğunun artırılması istiqamətində müzakirələr aparılıb.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov agentliyin gələcək fəaliyyəti ilə bağlı planlaşdırılan layihələr barədə danışıb, bu istiqamətdə müvafiq bölmələrə tapşırıqlar verib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi