DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov Vətən müharibəsində iştirak edən DOST əməkdaşları ilə görüşüb.
Qarabağda qazanılan böyük Zəfərin birinci ildönümü münasibətilə keçirilən görüşdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əldə etdiyi tarixi Zəfərdən bəhs edilib. Torpaqlarımızın işğaldan azad edildiyi, şəhidlərimizin qanının yerdə qalmadığı vurğulanıb.
Fərid Məmmədov tarixi qələbəyə verdikləri töhfəyə görə qəhrəman əməkdaşlara təşəkkür edib və onları Zəfər Günü münasibətilə təbrik edib.