DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib

10 dekabr 2021, 09:42
A+ A-
DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib

DOST Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov, həmçinin departament və şöbə rəhbərləri iştirak ediblər.

Onlayn formatda baş tutan görüşdə “DİM (Dayanıqlı İnkişaf Məqsədləri) DOST-u” proqramı çərçivəsində təlimlərin təşkil edilməsi, “Könüllü DOST” Proqramının könüllüləri üçün “Həmrəy DOST” (İlin yekun tədbiri) tədbir proqramının keçirilməsi barədə müzakirələr aparılıb. İclasda, həmçinin “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” MMC-nin fəaliyyətinin təmin edilməsi istiqamətində konsepsiya sənədinin müzakirəsi, o cümlədən Agentliyin cari fəaliyyəti ilə bağlı digər məsələlər ətrafında qısa müzakirələr aparılaraq müvafiq qərarlar qəbul edilib.

İdarə Heyətinin sədri Fərid Məmmədov təklif olunan layihələr barədə öz fikirlərini bildirib və bu istiqamətdə müvafiq bölmələrə tapşırıqlar verib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi