"DİM (Dayanıqlı İnkişaf Məqsədləri) DOST-u 2” təlim proqramına start verilib

21 dekabr 2021, 10:00
A+ A-
BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfirləri və DOST Agentliyinin birgə təşkilatçılığı ilə "DİM (Dayanıqlı İnkişaf Məqsədləri) DOST-u 2” təlim proqramına start verilib.
Proqram Dayanıqlı İnkişaf Məqsədlərinin gənclər arasında təbliğatı və könüllü gənclərin dayanıqlı həll yollarını təmin etmək bacarıqlarının artırılması məqsədilə Azərbaycan Könüllü Təşkilatları İttifaqının üzv təşkilatlarının könüllülərlə iş üzrə fəaliyyət göstərən əməkdaşları üçün təşkil edilib.
5 sessiyadan ibarət təlim proqramında "Dünyamızın Qlobal Məqsədləri", "Sosial bərabərsizlik və davamlı inkişaf", "İqtisadi davamlı inkişaf", "Keyfiyyətli təhsilin idarəolunması", "Ekoloji davamlı inkişaf", "Dayanıqlı layihələrin tərtib olunması" və digər mövzular üzrə infosessiyalar keçiriləcək. Təlim proqramının növbəti hissəsində isə yerli və beynəlxalq ekspertlər qonaq qismində panel müzakirələrdə iştirak edəcək.
Təlim proqramının ilk sessiyasında qonaq qismində BDU-nin Beynəlxalq əlaqələr üzrə prorektoru, elmlər namizədi, dosent Şahin Pənahov çıxış edib.
 

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi