Asan Aç

DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib

26 yanvar 2022, 16:16
A+ A-
DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib

DOST Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib. Onlayn formatda baş tutan görüşdə Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov, həmçinin departament və şöbə rəhbərləri iştirak ediblər.

İclasda “DOST” mərkəzlərinin illik fəaliyyətinin nəticələri müzakirə edilib. Daha sonra Agentliyin Müşahidə Şurasının 2022-ci il üzrə ilk iclasının çağırılması və bunula bağlı digər inzibati məsələlər müzakirə olunub.

Sonda İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan məsələlər barədə öz fikirlərini bildirib və bu istiqamətdə müvafiq tapşırıqlar verib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi