Asan Aç

DOST mərkəzlərində "onlayn növbə" və "surdotərcümə" xidmətləri istifadəyə verildi

27 yanvar 2022, 18:24
A+ A-
DOST mərkəzlərində

Artıq vətəndaşlar DOST mərkəzlərində xidmətlərdən "onlayn növbə" ilə yararlana bilərlər. Bunun üçün DOST Agentliyinin rəsmi saytına daxil olmaq və əsas səhifədə qarşınıza çıxan "onlayn növbə" düyməsinə basmaq lazımdır. Ardınca açılan səhifədə xidmət almaq istdəyiniz mərkəz, xidmət istiqaməti, xidmət tarixi və vaxtını seçməklə, eləcə də, FİN nömrəsi və şəxsiyyət vəsiqəsinin nömrəsini daxil etməklə onlayn növbə əldə edə bilərsiniz.

Bundan əlavə, "onlayn növbə" götürərkən, eşitmə və nitq məhdudiyyətli şəxslər üçün surdotərcümə xidmətini seçmək də təklif olunur. Qeyd edək ki, surdotərcümə xidmətindən yararlanmaq üçün "onlayn növbə" götürmək mütləqdir.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi