Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin iclası keçirilib. İclasda təşkilatın struktur dəyişiklikləri, yeni sturuktur bölmələrinin əsasnamələrinin qəbul olunması, eyni zamanda Agentliyin İSO prosedurlarının təsdiq edilməsi məsələləri müzakirə olunub.
İdarə Heyətinin sədri Fərid Məmmədov Agentliyin Müşahidə Şurasının 2 fevral 2022-ci il tarixində keçirilmiş iclasında verilmiş qərarlarla bağlı məlumat verib. Daha sonra qərarların icra vəziyyəti barədə hesabatlar dinlənilib.
İclasda qeyd olunub ki, Müşahidə Şurasının qərarına əsasən, Agentliyin strukturunda dəyişikliklər edilib. Edilən dəyişikliklərə uyğun olaraq struktur bölmələrin əsasnamələri təsdiq olunub.
İclasın yekununda Agentlyin fəaliyyətində İSO standartlarının tətbiq edilməsi prosedurlarının təsdiq edilməsi ilə bağlı qərar qəbul olunub. İSO sertifikatlarının isə fevral ayının sonuna qədər əldə olunacağı qeyd olunub.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi