Asan Aç

Vətəndaşlar evdən çıxmadan da DOST xidmətlərindən yararlana biləcəklər

2 mart 2022, 17:00
A+ A-
Vətəndaşlar evdən çıxmadan da DOST xidmətlərindən yararlana biləcəklər

DOST Agentliyi tərəfindən vətəndaşlara səyyar xidmətlərin göstərilməsinə başlanılır. Bu gündən etibarən vətəndaşlar səyyar xidmətlərdən yararlana biləcəklər. Belə ki, vətəndaşlar artıq “DOST” mərkəzlərinə gəlmədən əvvəlcədən sifariş verməklə səyyar DOST xidmətlərindən istifadə edə biləcək.

Səyyar DOST xidmətlərinin göstərilməsinə dair sifariş vermək istəyən şəxslər DOST Agentliyinin rəsmi internet saytında yaradılmış "Səyyar DOST" sifarişi (http://dost.gov.az/seyyar-dost.php) funksiyasından istifadə edə və ya Çağrı Mərkəzi - 142 ilə əlaqə saxlayaraq müraciət edə bilərlər.

Səyyar DOST xidmətləri ilkin mərhələdə Bakı şəhərini və Abşeron rayonunu əhatə edəcək. DOST İnkişaf strategiyasına uyğun olaraq, gələcəkdə “DOST” mərkəzləri istifadəyə veriləcək regionlarda da səyyar xidmətlərin təşkil olunması nəzərdə tutulur.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi