Asan Aç

DOST Agentliyi ilə Azərbaycan Kooperasiya Universiteti arasında Anlaşma memorandumu imzalanıb

16 mart 2022, 18:32
A+ A-
DOST Agentliyi ilə Azərbaycan Kooperasiya Universiteti arasında Anlaşma memorandumu imzalanıb
Martın 16-da DOST Agentliyi ilə Azərbaycan Kooperasiya Universiteti arasında birgə əməkdaşlığa dair Anlaşma memorandumu imzalanıb. Sənədi DOST Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov və Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyev imzalayıblar.
 
Memoranduma əsasən, tərəflər qarşılıqlı təcrübə mübadiləsi, birgə proqramların təşkili, tələbələrin dövlət xidmətləri sahəsində bilik və bacarıqlarının formalaşdırılması istiqamətində razılığa gəliblər. Memorandum innovativ təşəbbüslərin həyata keçirilməsini, araşdırma, statistika və təhlillərin aparılmasını və digər oxşar məsələlər üzrə birgə fəaliyyətin təşkilini də əhatə edir.
Birgə əməkdaşlıq platformasının hazırlanması, dövlət xidmətləri sahəsində innovativ və yüksək texnologiyalara əsaslanan həll yollarının tapılması ilə bağlı maddələr də Memorandumda əksini tapıb.
 
Razılaşma çərçivəsində Azərbaycan Kooperasiya Universitetinin bakalavr və magistr tələbələrinin müxtəlif könüllü və təcrübə proqramlarında iştirakı təmin ediləcək. Bununla yanaşı, Agentliyin müvafiq əməkdaşları da universitetin tədris-innovasiya infrastrukturundan yararlanacaq, DOST könüllüləri isə universitetin gənclər üçün təşkil edilən təlim proqramlarında iştirak edəcəklər.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi