Asan Aç

DOST Agentliyinin İdarə Heyətinin sədri şəhid ailəsini ziyarət edib

19 mart 2022, 13:50
A+ A-
DOST Agentliyinin İdarə Heyətinin sədri şəhid ailəsini ziyarət edib
Novruz bayramı ərəfəsində DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov Vətən müharibəsi şəhidi Tacəddin Əzizlinin ailəsini ziyarət edib. Tacəddin Əzizli ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
 
Fərid Məmmədov şəhidin atası Şahəddin Əzizov və anası Fazilə Əzizovaya başsağlığı verib, vətən uğrunda canından keçən qəhrəmanların heç vaxt unudulmayacağını deyib. İdarə Heyətinin sədri şəhid və qazi ailələrinin Dövlətimizin, ölkə Prezidentinin diqqət və qayğısı ilə əhatə olunduğunu və bunun daim belə olacağını bildirib, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrinə aid hər hansı ehtiyacları yaranarsa, DOST Agentliyinə müraciət etməyi xahiş edib. Şəhidin valideynləri təşəkkürlərini bildirib və Dövlətimiz, cəmiyyətimiz tərəfindən diqqət və qayğını daim hiss etdiklərini deyiblər.
DOST Agentliyinin İdarə Heyətinin sədri şəhid ailəsini ziyarət edib
DOST Agentliyinin İdarə Heyətinin sədri şəhid ailəsini ziyarət edib
DOST Agentliyinin İdarə Heyətinin sədri şəhid ailəsini ziyarət edib
DOST Agentliyinin İdarə Heyətinin sədri şəhid ailəsini ziyarət edib

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi