Asan Aç

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndələri 4 saylı DOST Mərkəzində olublar

23 may 2022, 10:03
A+ A-
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndələri 4 saylı DOST Mərkəzində olublar
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndələri 4 saylı DOST Mərkəzində olublar.
DOST Agentliyinin İdarə heyəti sədrinin müavini Seymur Alıyev qonaqlara mərkəzin iş prinsipi, xidmət bölmələri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, DOST mərkəzlərində əmək və məşğulluq, sosial təminat, əlillik, pensiya, sosial sığorta, sosial rifah və s. üzrə 154 növ xidmət göstərilir. Bu xidmətlər “bir pəncərə”dən operativ, şəffaf və nəzakətli, vətəndaş rahatlığı prinsipi əsasında təqdim olunur. 2025-ci ilə qədər DOST xidmətlərinin bütün Azərbaycan ərazisini əhatə edəcəyi diqqətə çatdırılıb.
ÜST nümayəndələri mərkəzdə vətəndaşlara xidmət göstərilməsi prosesini izləyiblər.
Daha sonra fikir mübadiləsi şəraitində davam etdirilən görüşdə gələcək potensial əməkdaşlıq məsələləri müzakirə olunub.
Qeyd edək ki, ÜST nümayəndələrinin Azərbaycana səfərinin məqsədi ölkə üzrə aparılmış qiymətləndirmənin nəticələrinə əsaslanaraq, Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Reabilitasiya və Yardımçı Texnologiyalara göstərilən marağın dəstəklənməsi üçün maliyyəçi təşkilat "ATScale" tərəfindən tabe qurumlara baxışın keçirilməsidir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndələri 4 saylı DOST Mərkəzində olublar
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndələri 4 saylı DOST Mərkəzində olublar
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndələri 4 saylı DOST Mərkəzində olublar
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndələri 4 saylı DOST Mərkəzində olublar
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndələri 4 saylı DOST Mərkəzində olublar
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndələri 4 saylı DOST Mərkəzində olublar

© 2022 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi