Asan Aç

BƏT və sosial tərəfdaşlarla birgə yeni Layiqli Əmək üzrə Ölkə Proqramının prioritetləri müəyyən olunur

20 iyun 2022, 15:06
A+ A-
BƏT və sosial tərəfdaşlarla birgə yeni Layiqli Əmək üzrə Ölkə Proqramının prioritetləri müəyyən olunur

Azərbaycan ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında yeni Layiqli Əmək üzrə Ölkə Proqramının (2022-2026) prioritetlərinin müəyyən olunmasına və gözlənilən nəticələrinə dair konfrans öz işinə başlayıb.

Konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, BƏT-in Layiqli Əməyə Texniki Dəstək Qrupu və Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Ofisinin direktoru Olqa Kulayeva, hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri iştirak edir.

S.Babayev yeni Layiqli Əmək üzrə Ölkə Proqramının ölkəmizdə beynəlxalq gündəliyə uyğun fundamental əmək hüquqları və prinsiplərinin təminatında yeni təşəbbüsləri nəzərdə tutduğunu bildirib. Layiqli əməyin - məhsuldar əməyə nail olunması, sabit, təhlükəsiz, keyfiyyətli iş yerlərinin yaradılması, işçi qüvvəsinin keyfiyyətinin artırılması, sosial dialoqun daha da gücləndirilməsi demək olduğunu qeyd edib.

Nazir Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasətin BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyinə tam uyğun olduğunu bildirib. Ölkəmizdə son üç il ərzində 4 milyon nəfəri əhatə edən, əlavə illik maliyyə dəyəri 6 milyard manat (təqribən 3,5 milyard ABŞ dolları) olan 3 sosial islahat paketinin həyata keçirildiyini vurğulayıb. Bu dövrdə sosial ödənişlərin 65 faiz, minimum pensiyanın 2,2 dəfə, orta pensiyanın 60 faiz, minimum əmək haqqının 2,3 dəfə, illik əmək haqqı fondunun iki dəfədən çox artdığını diqqətə çatdırıb.

S.Babayev son illər sosial sahədə tətbiq olunan innovativ nailiyyətləri (DOST mərkəzləri,  sosial ödənişlərin avtomatlaşdırılmış təyinat mexanizmləri,  e-sosial portalı, “Məşğulluq” alt sistemi və s.) qeyd edib. Nazirlik üzrə 173 sosial xidmətdən 110-nun e-platformadan, 48-nin proaktiv qaydada təqdim edildiyini, 388 min nəfərə e-qaydada sosial ödəniş təyin edildiyini bildirib. Yeni istifadəyə verilən  “Əmək və məşğulluq” altsisteminin əmək münasibətləri sahəsinə gətirdiyi  innovativ yenilik və faydaları diqqətə çatdırıb. Əmək hüquqlarının gücləndirilməsi və beynəlxalq norma və standartlara uyğun tənzimlənməsi üçün Əmək Məcəlləsinin 170 maddəsinə də dəyişikliklər hazırlanaraq təqdim edildiyini bildirib.

Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzinin yaradılmaqda olduğunu deyən nazir Mərkəzin əməyin mühafizəsi üzrə standart, norma və qaydaların müəssisələrdə tətbiqinə dəstək verəcəyini qeyd edib.

Bildirib ki, bu qeyd edilənlər Azərbaycan Hökuməti, sosial tərəfdaşlar və  BƏT arasında növbəti illər üçün əməkdaşlıq prioritetləri kimi müəyyən oluna bilər. Əvvəlki Ölkə Proqramları çərçivəsində birgə icra olunan, beynəlxalq səviyyədə nümunə kimi tanınan layihələrin nəticələri gələcək illər üçün məşğulluq siyasətinin formalaşdırılmasına öz töhfəsini verəcək, yeni təşəbbüsləri müəyyən edəcək. Əhalinin, xüsusilə də həssas kateqoriyadan olan şəxslərin səmərəli məşğulluğunun təmin edilməsində sosial məsuliyyəti və vətəndaş cəmiyyətinin iştirakını artıracaq, BƏT-lə Azərbaycan arasında əməkdaşlığı daha da möhkəmləndirəcək.

S.Möhbalıyev, M.Musayev, O.Kulayeva da çıxış edərək yeni ölkə proqramının layiqli əmək sahəsində mühüm hədəflərə doğru yeni irəliləyişləri təmin edəcəyini vurğulayıblar.

Konfrans BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin nəticələrinə uyğun qruplarda dayanıqlılığı artıran və əməyin gələcəyinə yönələn inklüziv inkişaf, sosial xidmətlərin təkmilləşdirilməsi, sosial dialoq vasitəsilə beynəlxalq əmək standartlarının siyasətdə və praktikada tətbiqi, BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin və Layiqli Əmək üzrə Ölkə Proqramının həyata keçirilməsində sosial tərəfdaşların rolunun artırılması, BƏT-in Layiqli Əmək Gündəliyi çərçivəsində əməyin təhlükəsiziyi və sağlamlığı mövzularında müzakirələrlə davam edir.

© 2022 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi