“DOST” mərkəzlərində 1 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb

30 iyun 2022, 17:50
A+ A-
“DOST” mərkəzlərində 1 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb

2019-cu ilin may ayından ölkəmizdə 5 “DOST” mərkəzi açılıb. Ötən dövrdə həmin mərkəzlərin  xidmətlərindən 1 milyona yaxın vətəndaş faydalanıb. Xidmətlərdən vətəndaş məmnunluğu səviyyəsi isə 98 faiz üzərindədir.

Sosial sahə üzrə 154 xidmətin “bir pəncərə”dən, müasir, çevik, tam şəffaf şəkildə, vətəndaş məmnunluğuna uyğun təqdim edildiyi “DOST” mərkəzlərinin şəbəkəsinin regionlar üzrə genişləndirilməsi işləri aparılır.

Hazırda ölkə əhalisinin 2 milyon 500 min nəfəri və ya ümumilikdə 25 faizi DOST xidmətləri ilə əhatə olunub.

2022-2023-cü illərdə 5 saylı Bakı “DOST” Mərkəzi, Bərdə və Quba rayonlarında “DOST” mərkəzləri açılacaq. Habelə işğaldan azad edilmiş ərazilərimizlə bağlı “Qarabağ və Şərqi Zəngəzur” DOST proqramı üzrə həmin ərazilərdə bir neçə mərkəz, filial və xidmət məntəqələrinin açılması nəzərdə tutulur.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi