Asan Aç

Beynəlxalq Əmək Təşkilatının ekspertinin DOST layihəsi barədə fikirləri

8 iyul 2022, 17:12
A+ A-
Beynəlxalq Əmək Təşkilatının ekspertinin DOST layihəsi barədə fikirləri

Rodriqo Ortis Davilyo Assumpsao
Beynəlxalq Əmək Təşkilatının sosial müdafiənin idarə edilməsi üzrə informasiya sistemləri eksperti 


Artıq ikinci dəfədir ki, Azərbaycana gəlirəm. Birinci dəfə 15 il əvvəl gəlmişəm. İlk təəssüratım buranın nə qədər dəyişdiyi ilə bağlıdır. Bakı müxtəlif aspektlərdən fərqli şəhərə çevrilib. İçərişəhərə də gəzintiyə getdim və oranın dəyişmədiyi məni çox xoşbəxt etdi. Düşünürəm ki, Bakı 15 il əvvəl məni gözəl şəhər kimi heyrətləndirdi və hələ də möhtəşəm şəhər olaraq qalır. Yeməklər də burada əladır. Qonaqlara növbənöv yeməklər təklif edirsiniz. Azərbaycan qonaqpərvərliyi tamamilə xüsusi bir şeydir.

DOST-a gəlincə, bu gün ilk dəfədir bura gəlirəm. DOST haqqında bəzi detalları oxumuşdum və görmüşdüm. Əlbəttə ki, tətbiq etdiyiniz metodlar, işin təşkili, burada çalışan insanların motivasiyası və gənc olmasından çox təsirləndim. Mən yalnız könüllülər barədə deyil, bütün işçi heyətindən danışıram.

Çalışdığım sahə olduğundan data analitikasından qərar vermədə necə istifadə etdiyinizdən də çox təsirləndim. Bu, çox vacib və həlledicidir. Düşünmürəm ki, DOST kimi layihə data analitikası olmadan inkişaf edə bilsin. Ona görə də bunu etdiyinizi görmək mənə çox xoş təsir bağışladı.

Bir çox ölkələrdə xidmət mərkəzləri, xidmət təminatçıları, bir pəncərə, bir neçə pəncərə mövzuları ətrafında maraqlı debatlar gedir. Mən həqiqətən "bir pəncərə" yanaşmasını bəyənirəm və düşünürəm ki, siz əməkdaşların bacarıqlarını vətəndaşlara xidmət üçün çox maraqlı tərzdə istifadə edirsiz. Eləcə də, əməkdaşların ixtisaslaşmasına xüsusi diqqət ayırırsınız. Bu çox maraqlı metoddur və sizə göstərilən xidmətlər, tətbiq etməyi düşündüyünüz yeni xidmətlər, eləcə də, işçi heyətin öyrənmək, inkişaf etmək istiqamətindəki işləri balanslaşdırmağa imkan verir.

Bundan əlavə, planlaşdırdığınız əhatə dairəsinin genişlənmə üçün müxtəlif agentliklərdən əməkdaşları necə inteqrasiya etməyiniz mənə çox maraqlıdır. Mənə elə gəlir ki, bu çox çətin işdir və məmnuniyyətlə nəticəsini görmək istəyərəm.

Mən inanıram ki, istənilən təşkilat, xüsusilə dünya səviyyəsinə çıxmaq, vətəndaşlarına kömək etmək, yeni texnologiyaları və dövlət xidmətlərinə yeni münasibət tətbiq etmək istəyən müasir təşkilat üçün dəyişikliklər davamlı olmalıdır. Biz həmişə dəyişikliklər etməliyik. Bu baxımdan görüşlərimizdə çox ümidverici planlar eşitdim. Sizin daim yeni əməkdaşlar cəlb etməyiniz, bütün ölkə əhalisini əhatə edəcək xidmətlər göstərməyi planlaşdırmağınız, yeni xidmətlər tətbiq edəcəyiniz, eləcə də, köhnə xidmətləri təkmilləşdirməyiniz bunun göstəricisidir. Düşünürəm ki, bütün bu istiqamətlərdə dəyişikliklərlə işləməyi, DOST üçün və daha vacibi vətəndaşlar üçün bu dəyişiklikləri müsbət etməyi bacarırsınız.

Bir az əvvəl burada gördüklərimdən belə nəticəyə gəldim ki, siz xidmətləri müxtəlif kanallarla həyata keçirirsiniz, insanların bura gəlməyinə imkan yaradırsınız, onlara kömək edirsiniz. Sizin veb-saytınız var, elektron imza tətbiq edir, onlayn virtual sessiyalar keçirirsiniz. Hətta sosial şəbəkələrdə məlumat vermək də daxil olmaqla çox sayda kanallardan istifadə edirsiz. Əlbəttə, daha çox çalışmaq, yeni üsullar tapmaq lazımdır. Yalnız "whatsapp" və ya "facebook" kimi sosial şəbəkələrdə məlumat paylaşdıqdan sonrakı mərhələ bu kanallar vasitəsilə vətəndaşlara birbaşa xidmət göstərməkdir. Sizin vətəndaşların ehtiyaclarına və bacarıqlarına həssaslığınız, könüllülərin köməyilə onlara texnologiyalardan istifadədə yardım etməyiniz çox ümidvericidir. Ancaq qeyd edim ki, bu proses daima öyrənməyi və dəyişməyi tələb edir. Siz cəmiyyətinizə inkişaf etməyə kömək etdikcə, onlar da dəyişəcək və sizə inkişaf etməyə kömək edəcək.

Əminliklə deyə bilərəm ki, bir çox məsələlərdə mənim olduğum çox ölkədən irəlidəsiniz və hətta bu işi yaxşı görən ölkələrlə belə müqayisə oluna bilərsiz. Mən bilirəm ki, bir neçə beynəlxalq standartı tətbiq edirsiniz, eləcə də, beynəlxalq assosiasiya və təşkilatlar fəaliyyətinizi yüksək qiymətləndirir. Bu, çox ümidvericidir, ancaq biz unutmamalıyıq ki, bu medalları sinəmizə taxmaqla iş bitir. Bütün bu beynəlxalq standartlar və sertifikatlar öyrənmə prosesləridir. Bu proseslərdə biz özümüzü daima yoxlayır və tapdığımız boşluqları doldururuq. Yalnız bunları etdikdən sonra təşkilat beynəlxalq standartlara uyğun olur. Təşkilat anlamalıdır ki, standart onlara xidmət edir, onlar standartlara deyil. Sizin təşkilatın bunu anladığı aşkardır və bu məni çox sevindirdi. Bundan əlavə, texniki təhlükəsizlik məsələləri, topladığınız datanın müzakirəsi, datanın işlənməsi zamanı istifadə olunan texnologiyalar və onların strukturu və proqramlaşdırılması, bu texnologiyalardan istifadədə insanların rolu, bu iş mexanizminin necə qurulması və s. xidmətlərin əhatəsini genişləndirmək barədə də ciddi planlarınızın olduğunu bilirəm. Odur ki, bu, topladığınız datadan, müəyyən etdiyiniz boşluqları doldurmaq üçün atdığınız addımlardan ibarət olan daimi inkişaf prosesidir. Sizin buna necə hazır olduğunuzu bilirəm və bütün bunlar məndə ancaq xoş təəssüratlar yaradır. Ancaq etiraf edim ki, mən sizdən bundan daha artığını edəcəyinizi gözləyirəm.

Beynəlxalq Əmək Təşkilatının ekspertinin DOST layihəsi barədə fikirləri

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi