Vahid əlaqələndirmə mərkəzlərində şəhid ailəsi üzvləri və qazilərdən ibarət 41 min şəxsə xidmətlər göstərilib

11 iyul 2022, 14:10
A+ A-
Vahid əlaqələndirmə mərkəzlərində şəhid ailəsi üzvləri və qazilərdən ibarət 41 min şəxsə xidmətlər göstərilib

Vahid əlaqələndirmə mərkəzlərinin fəaliyyətə başlamasından artıq 1 il keçir və ötən dövrdə  bu mərkəzlərdə 41 min şəxsə xidmət göstərilib.

Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan vahid əlaqələndirmə mərkəzləri şəhid ailələri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçular və əlilliyi müəyyən edilmiş şəxslərə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya, müalicə, müayinə və s. üzrə xidmətlər təqdim edilir.

Onlara 40-dək qurum üzrə 26 istiqamətdə xidmətlər “bir pəncərə”dən, operativ və şəffaf, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilir.

Həmin qurumların sırasına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və müvafiq yerli icra hakimiyyətləri orqanları daxildir.

2021-ci ilin avqust ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin DOST mərkəzlərində və Dövlət Sosial Müdafiə Fondunun bölgələrdəki (Gəncə, Masallı, Ucar, Şəmkir, Qusar, Salyan) filiallarında 11 vahid əlaqələndirmə mərkəzləri açılıb.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi