Asan Aç

DOST Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib

15 avqust 2022, 10:10
A+ A-
DOST Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib
Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.

Keyfiyyətin idarə edilməsi üzrə koordinator Nigar Quliyeva “İnteqrəedilmiş Menecment Sistemi üzrə manual”ın təsdiq edilməsi ilə bağlı məruzə edib. Hüquq departamentinin mütəxəssisi Vahid Hüseynov “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin idarəetmə orqanlarının iclaslarının təşkilinə dair Tələblər”in təsdiq edilməsi barədə iclas iştirakçılarına məlumat verib. DOST Xidmətləri departamentinin aparıcı mütəxəssisi Kamran Mirzəxanlı isə "DOST” mərkəzlərinin 2022-ci ilin iyul ayı üzrə fəaliyyətlərinin yekunlarına dair hesabatla çıxış edib.
Onlayn formatda baş tutan iclasda həmçinin xidmət səviyyəsinin yüksəldilməsi, vətəndaş məmnunluğunun artırılması istiqamətində müzakirələr aparılıb.
Sonda İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan məsələlər barədə öz fikirlərini bildirib, bu istiqamətdə müvafiq bölmələrə tapşırıqlar verib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi