55,5 min şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyinatı aparılıb

11 mart 2020, 10:00
A+ A-
55,5 min şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyinatı aparılıb

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial təminat növləri üzrə yaradılmış elektron təyinat sistemləri vasitəsilə 55500 şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyinatı aparılıb.

Onlardan 18700-ü yaşa və əlilliyə görə pensiya, qalanları  müavinət və təqaüd təyinatlarıdır.

Sosial təminat növləri üzrə təyinatların avtomatlaşdırılmış şəkildə həyata keçirilməsi vətəndaşların sosial təminat hüquqlarının hansısa quruma müraciət etmədən və sənəd təqdim olunmadan, elektron şəkildə reallaşdırılmasına imkan verib. 

Ümumilikdə 2019-cu ildə 21 sosial təminat növünün təyinatı elektronlaşdırılıb, bu isə illik 200 minədək təyinatın  e-qaydada, proaktiv şəkildə həyata keçirilməsi deməkdir.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi