Litva Respublikasının Məşğulluq Xidmətinin nümayəndələri DOST Agentliyində olub

7 sentyabr 2022, 15:50
A+ A-
Litva Respublikasının Məşğulluq Xidmətinin nümayəndələri DOST Agentliyində olub

Litva Respublikasının Sosial Təminat və Əmək Nazirliyi yanında Məşğulluq Xidmətinin direktoru İnqa Balnanosiyenenin rəhbərlik etdiyi nümayəndə heyəti 1 saylı Bakı DOST Mərkəzində olub.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov ilə Litva Məşğulluq Xidmətinin nümayəndələri arasında ikitərəfli görüş keçirilib. Tədbirdə DOST konsepsiyası barədə geniş təqdimat nümayiş edilib. Qeyd olunub ki, DOST mərkəzlərində vətəndaşlara “bir pəncərə”dən əmək və məşğulluq, sosial təminat, əlillik, pensiya, sosial sığorta və s. üzrə 154 növ xidmət göstərilir. 2025-ci ilə qədər DOST xidmətlərinin bütün Azərbaycan ərazisini əhatə edəcəyi diqqətə çatdırılıb.

Görüşdə tərəflər arasında mümkün əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb.

DOST Agentliyinin İdarə Heyətinin sədrinin müavini Seymur Alıyev qonaqları mərkəzlə tanış edib, DOST modeli haqqında ümumi məlumat verib. Litvalı nümayəndələr 1 saylı Bakı DOST Mərkəzində göstərilən xidmət prosesini izləyiblər.

Qeyd edək ki, Litva nümayəndə heyətinin səfəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə cari ilin yanvar ayında imzalanan Fəaliyyət Planı çərçivəsində baş tutub.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi