DOST Agentliyində Beynəlxalq Ahıllar Günü ilə bağlı tədbir keçirildi

1 oktyabr 2022, 13:18
A+ A-
DOST Agentliyində Beynəlxalq Ahıllar Günü ilə bağlı tədbir keçirildi

DOST Agentliyinin əməkdaşları evdə (səyyar) sosial xidmətlər göstərilən tənha yaşayan ahılları ziyarət ediblər. 1 oktyabr – Beynəlxalq Ahıllar Günü ilə əlaqədar təşkil olunan tədbirdə əməkdaşlar tənha ahılları əlamətdar gün münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıblar.

Daha sonra Beynəlxalq Ahıllar Günü münasibətilə 4 saylı Bakı DOST Mərkəzində sərgi təşkil olunub. Sərgidə evdə (səyyar) sosial xidmət göstərilən ahıl şəxslərin əl işləri nümayiş olunub. Eyni zamanda "Könüllü DOST" proqramının iştirakçıları üçün ahıl şəxslər tərəfindən müxtəlif istiqamətlərdə ustad dərsləri təşkil olunub.

Ahıl şəxslər onlara verdikləri dəyər və diqqətə görə DOST Agentliyinin rəhbərliyi və bütün əməkdaşlarına təşəkkür ediblər.

Qeyd edək ki, BMT-nin Baş Assambleyasının 1992-ci ildə qəbul etdiyi Qətnaməyə əsasən, oktyabrın 1-i Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. “Sosial xidmət haqqında” Azərbaycan Respublikasın Qanununa əsasən, 70 yaşına çatmış şəxslər ahıl hesab olunurlar.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi