DOST Agentliyi ilə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası arasında Anlaşma memorandumu imzalanıb

3 noyabr 2022, 09:54
A+ A-
DOST Agentliyi ilə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası arasında Anlaşma memorandumu imzalanıb

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) ilə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası arasında birgə əməkdaşlığa dair Anlaşma memorandumu imzalanıb. Sənədi DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru Hüseyn Qaraşov imzalayıblar.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov imzalanan memorandumun hər iki qurum üçün müsbət nəticələr gətirəcəyini qeyd edib. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru Hüseyn Qaraşov memorandumun qarşılıqlı əməkdaşlığın geniş spektrlərini əhatə edəcəyini bildirib.

Memoranduma əsasən, tərəflər qarşılıqlı təcrübə mübadiləsi, birgə proqramların təşkili, tələbələrin sosial xidmətlər sahəsində bilik və bacarıqlarının formalaşdırılması istiqamətində əməkdaşlıqla bağlı razılığa gəliblər. Memorandum innovativ təşəbbüslərin həyata keçirilməsini, araşdırma, statistika və təhlillərin aparılmasını və digər məsələlər üzrə birgə fəaliyyətin təşkilini də əhatə edir.

Razılaşma çərçivəsində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının bakalavr və magistr tələbələrinin müxtəlif könüllü və təcrübə proqramlarında iştirakı təmin ediləcək. Bununla yanaşı, Agentliyin əməkdaşlarının və Universitetin müəllim və tələbələrinin birgə təlim proqramlarında iştirakı barədə razılıq əldə olunub.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi