DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib

15 noyabr 2022, 17:44
A+ A-
DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.

Agentliyin Keyfiyyətin idarə edilməsi üzrə koordinatoru Nigar Quliyeva İnteqrəedilmiş Menecment Sistemi üzrə işçi qrupu tərəfindən 2022-ci ilin oktyabr ayında görülən işlər barədə məruzə ilə çıxış edib.

Daha sonra DOST Xidmətləri departamentinin Proseslərin idarə edilməsi və sorğularla iş şöbəsinin mütəxəssisi Əyyub Bayramov tərəfindən məlumatlandırma xarakterli hesabatın təqdimatı olub.

Onlayn formatda baş tutan iclasda İdarə Heyətinin üzvləri məruzə və təqdimatlar barədə öz fikirlərini bildirib, prosedurların təkmilləşdirilməsi ilə bağlı təkliflərini veriblər. İclasda həmçinin xidmət səviyyəsinin yüksəldilməsi, vətəndaş məmnunluğunun artırılması istiqamətində müzakirələr aparılıb.

Sonda İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan məsələlər barədə öz fikirlərini bildirib, bu istiqamətdə müvafiq bölmələrə tapşırıqlar verib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi